Modern.az

Hidayət Heydərov İslamiadanın yarımfinalında

Hidayət Heydərov İslamiadanın yarımfinalında

İdman

8 Noyabr 2025, 16:20

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

Modern.az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov növbəti qələbəsini qazanıb.

Təmsilçimiz 1/4 final mərhələsində Qambiya təmsilçisi Faye Aleks Nije ilə üz-üzə gəlib.

Görüş Hidayət Heydərovun "yuka" xallı qələbəsi ilə başa çatıb və o, adını yarımfinal mərhələsinə yazdırıb.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var