Modern.az

Hidayət Heydərov çempion oldu

Hidayət Heydərov çempion oldu

İdman

8 Noyabr 2025, 21:58

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, o, finalda özbəkistanlı Şakram Ahadovla qarşılaşıb.

 

Rəqibini məğlub edən Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, H.Heydərov 2017-ci ildə Bakıda təşkil edilən İslamiadanın da qalibi olmuşdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var