Modern.az

Cüdoçularımız İslam Oyunlarının finalında

Cüdoçularımız İslam Oyunlarının finalında

İdman

9 Noyabr 2025, 15:54

Azərbaycanın iki cüdoçusu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

 

Modern.az xəbər verir ki, Zelim Kotsoyev (100 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) həlledici görüşə vəsiqə qazanıblar.

 

Aytac Qardaşxanlı (70 kiloqram), Günel Həsənli (78 kiloqram), Elcan Hacıyev (90 kiloqram) və Uşanqi Kokauri (+100 kiloqram) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları ötən gün 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var