Modern.az

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

Babək Quliyev UEFA-dan növbəti təyinat alıb

İdman

10 Noyabr 2025, 19:13

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.

 

Modern.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə-Ukrayna görüşünün hakim-inspektoru olacaq.

 

H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var