Modern.az

Türkiyədə klub prezidenti həbs edildi

Türkiyədə klub prezidenti həbs edildi

İdman

10 Noyabr 2025, 19:42

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan və ictimaiyyətdə “hakimlərin mərc saytlarına üzvlüyü” kimi tanınan istintaq çərçivəsində 18 nəfər saxlanılıb.

 

Modern.az "TRT HABER"ə istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra “Eyüpspor” klubunun prezidenti Murat Özkaya və 3 hakim barəsində həbs qərarı çıxarılıb.

 

Məlumata görə, saxlanılanlardan 6 nəfər məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb, digər 9 nəfər barəsində isə istintaq tədbirləri davam etdirilir.

 

İstintaq hakimlərin və idman dairələrindəki bəzi şəxslərin onlayn mərc platformalarına üzv olması və bu fəaliyyətlər vasitəsilə maliyyə qazancı əldə etməsi şübhələri əsasında başlanıb.

 

Türkiyə Futbol Federasiyası və Ədliyyə Nazirliyinin də proseslə bağlı koordinasiyalı şəkildə məlumatlandırıldığı bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var