Modern.az

İdmançımız gümüş medal qazandı

İdmançımız gümüş medal qazandı

İdman

10 Noyabr 2025, 22:30

Azərbaycan üzgüçüsü Ramil Əlizadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, idmançı 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə ilə 2-ci olub.

 

Bununla da Azərbaycan üzgüçülərinin İslamiadada qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, Azərbaycanın qadınlardan ibarət yığması isə 4x200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafata sahib çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var