Modern.az

Karateçimiz İslam Həmrəyliyi Oyunlarının finalında

Karateçimiz İslam Həmrəyliyi Oyunlarının finalında

İdman

12 Noyabr 2025, 14:05

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq.

Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR