Modern.az

Konateyə verilən qırmızı səhv olub - AFFA

Konateyə verilən qırmızı səhv olub - AFFA

12 Noyabr 2025, 19:06

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.

Modern.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.

O, "Şamaxı" - "İmişli" (1:0), "Sumqayıt" - "Qəbələ"(2:0), "Araz-Naxçıvan" - "Karvan-Yevlax" (2:1), "Sabah" - "Kəpəz" (3:1), "Zirə" - "Turan Tovuz" (0:0) və "Qarabağ" - "Neftçi" (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.

Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin "Zirə" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sarı" ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada