Modern.az

Elman Nəsirovun oğlu rekord vurdu

Elman Nəsirovun oğlu rekord vurdu

İdman

15 Noyabr 2025, 00:59

Milli Məclisin deputatı Elman Nəsirovun oğlu Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Jiu Jitsu idman növü üzrə Dünya çempionatında (World Jiu Jitsu Chempionship-2025) 50 kq çəki dərəcəsində dünya 4-cüsü olub.

 

Modern.az xəbər verir ki, bu barədə pravda.az-a danışan Elman Nəsirov bildirib ki, H.Nəsirzadə Qazaxıstan idmançısını və Birləşmiş Ərəb Əmirliklərini təmsil edən daha 2 rəqibini məğlub edərək bu səviyyəyə yüksəlib.

 

Qeyd edək ki, Həsən Nəsirzadə Birləşmiş Ərəb Əmirliklərinin bir idmançısı üzərində rekord qıraraq, qısa vaxt – 7 saniyə ərzində qalib gəlib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!