Modern.az

Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər

Qadın şahmatçılarımız dünya çempionatında çıxış edəcəklər

İdman

15 Noyabr 2025, 15:09

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi noyabrın 17-24-də İspaniyanın Linares şəhərində keçiriləcək komandalararası dünya çempionatında iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası qəbul edib.

Əlcəzair komandası yarışda iştirak edə bilmədiyinə görə yüksək reytinqə malik Azərbaycan seçməsi mötəbər yarışa dəvət olunub.

Azərbaycan A qrupunda yer alıb. Şahmatçılarımız FIDE, ABŞ, Qazaxıstan, İspaniya və Peru yığmaları ilə eyni qrupda yarışacaq. B qrupunda Çin, Gürcüstan, Ukrayna, Fransa, Özbəkistan və Hindistan yığmaları çıxış edəcək.

Azərbaycan komandasında Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva mübarizə aparacaqlar. Komandanın kapitanı İlahə Qədimova olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!