Modern.az

Bu klub "Fənərbaxça"dan 25 milyon avro tələb edir

Bu klub "Fənərbaxça"dan 25 milyon avro tələb edir

İdman

15 Noyabr 2025, 16:39

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbul nəhənginin əsas hədəfi "AZ Alkmar"dan çıxış edən Troy Perrottdur.

Niderland klubu irlandiyalı futbolçu üçün 25 milyon avro tələb edir. Klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, "AZ Alkmar" Troy Perrottu 2024-cü ilin yayında "Tottenhem"dən transfer edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada