Modern.az

Millimiz bu gün Fransa ilə üz-üzə gələcək

Millimiz bu gün Fransa ilə üz-üzə gələcək

İdman

16 Noyabr 2025, 09:29

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirəcək.

 

Modern.az məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürəcək. Baş hakim latviyalı Andris Treimanis olacaq.

 

D qrupunun digər matçında Ukrayna İslandiya ilə üz-üzə gələcək. Həmin görüş saat 23:45-də başlayacaq.

 

Qeyd edək ki, 13 xalla qrupda lider olan Fransa komandası DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edib. İslandiya və Ukrayna 7 xalla növbəti pilləri bölüşdürürlər. 1 xalı olan Azərbaycan millisi dördüncüdür.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!