Modern.az

Azərbaycan millisi Bakıda məğlub oldu - YENİLƏNİB

Azərbaycan millisi Bakıda məğlub oldu - YENİLƏNİB

İdman

16 Noyabr 2025, 23:05

Futbol üzrə Azərbaycan milli komandası 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində sonuncu oyununu keçirib.

 

Modern.az xəbər verir ki, D qrupunda mübarizə aparan komanda Bakıda Fransa yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 4-cü dəqiqədə millimizin heyətində Renat Dadaşov açıb. Rəqibin heyətində Jan-Filipp Mateta və Akliuş fərqləniblər. Üçüncü qolda isə Şahruddin Məhəmmədəliyev avtoqol müəllifi olub.

 

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edib.

 

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsini 1 xalla 4-cü pillədə başa vurub. Xallarını 16-ya çatdıran Fransa millisi turnir cədvəlini birinci yerdə bitirib.

***

21:35

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab bərabərləşib.

Modern.az xəbər verir ki, Fransa millisinin heyətində 17-ci dəqiqədə Mateta fərqlənib.

***

21:19

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında qonaqlar hesabda irəli çıxıblar.

Modern.az xəbər verir ki, Fransa millisinin heyətində ikinci qolu 30-cu dəqiqədə Akliuş vurub.

***

21:07

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab açılıb.

Modern.az xəbər verir ki, millimiz oyunun ilk dəqiqələrində hesabı açıb.

İlk qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.

***

21:00

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.

Modern.az xəbər ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.

Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!