Modern.az

Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələrin SİYAHISI

Dünya çempionatının final mərhələsinə vəsiqə qazanan ölkələrin SİYAHISI

İdman

17 Noyabr 2025, 11:10

Daha iki ölkənin futbol yığması 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Modern.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində ötən gün keçirilən oyunlardan sonra Portuqaliya və Norveç milli komandaları mundialda iştirak hüququ əldə ediblər.

Portuqaliya seçməsi doğma meydanda Ermənistanı 9:1 hesabı ilə məğlub edib, Norveç isə səfərdə İtaliyaya 4:1 hesabı ilə qalib gəlib. Bu nəticələr hər iki komandanı final mərhələsinə daşıyıb.

Bununla da dünya çempionatında iştirakı təsdiqlənən ölkələrin sayı 32-yə çatıb. Daha əvvəl Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika Respublikası, Seneqal, Kot-d'İvuar, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Xorvatiya yığmaları final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR