Ötən gecə futbol üzrə Dünya Çempionatı-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Modern.az xəbər verir ki, A, G və L qruplarında ümumilikdə 6 görüş oynanılıb.
DÇ-2026, seçmə mərhələ
A qrupu
Şimali İrlandiya - Lüksemburq - 1:0
Almaniya - Slovakiya - 6:0
G qrupu
Malta - Polşa - 2:3
Niderland - Litva - 4:0
L qrupu
Çexiya - Cəbəllütariq - 6:0
Monteneqro - Xorvatiya - 2:3
Bununla da 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə dünya çempionatının daha iki iştirakçısı müəyyənləşib. Belə ki, Almaniya və Niderland yığmaları da mundiala vəsiqəni rəsmiləşdiriblər. Bununla da DÇ-2026-da iştirakı dəqiqləşən milli komandaların sayı 34-ə çatıb.
Buna qədər meydan sahibləri – ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliyanın da mundialda mübarizə aparacağı dəqiqləşib.
Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.