Modern.az

"Qarabağ" klubunda daha bir zədə - Üç ay yaşıl meydanlardan uzaq qalacaq

"Qarabağ" klubunda daha bir zədə - Üç ay yaşıl meydanlardan uzaq qalacaq

İdman

18 Noyabr 2025, 14:55

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.

Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada