Modern.az

İdmançımız gümüş medal qazandı

İdmançımız gümüş medal qazandı

İdman

18 Noyabr 2025, 19:27

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

 

Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.

 

Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.

 

Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu