Modern.az

DÇ-2026-nın pley-offuna çıxan komandalar - SİYAHI

DÇ-2026-nın pley-offuna çıxan komandalar - SİYAHI

İdman

19 Noyabr 2025, 12:24

2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya Çempionatının Avropa zonası üzrə pley-off oyunlarının iştirakçılarının yer aldığı səbətlər müəyyənləşib.

Modern.az xəbər verir ki, səbətlərin tərkibi aşağıdakı kimidir: 

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Pley-off iştirakçıları Dünya Çempionatının finalına vəsiqə uğrunda iki tək matçlıq raund - yarımfinal və final qarşılaşmaları oynayacaqlar. 

Yarımfinal oyunları martın 26-da, final görüşləri isə martın 31-də keçiriləcək. Pley-offun püşkatma mərasimi isə noyabrın 20-də olacaq.

1-ci səbətdəki komandalar 4-cü səbətdəki millilərlə, 2-ci səbətdəki yığmalar isə 3-cü səbətdəki ölkələrin təmsilçiləri ilə üz-üzə gələcəklər. 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu