Modern.az

İslam Oyunlarında növbəti qızıl medal

İslam Oyunlarında növbəti qızıl medal

İdman

19 Noyabr 2025, 21:07

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, 57 kiloqram çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub.

 

Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıb.

 

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) ikinci yeri tutublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu