Modern.az

DÇ-2026-nın pley-off oyunlarının püşkü atılır

DÇ-2026-nın pley-off oyunlarının püşkü atılır

İdman

20 Noyabr 2025, 09:20

Bu gün futbol üzrə 2026-cı il Dünya Çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılacaq.

Modern.az xəbər verir ki, mərasim FİFA-nın mənzil qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasından olan 4 qalibdir.

Hər pley-off yolu iki yarımfinal cütlüyündən ibarətdir. Hər cütlükdə "səpələnmişlər" və  "səpələnməmişlər" səbətində yer alan bir komanda iştirak edir. 1-ci səbət komandası 4-cü səbət komandası ilə, 2-ci səbət komandası isə 3-cü səbət komandası ilə qarşılaşacaq.

"Səpələnmiş" komandalar yarımfinal pley-off oyunlarını öz meydanlarında keçirəcəklər. Yarımfinal cütlüklərinin qalibləri finala vəsiqə qazanacaq. 

Yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.

Pley-offun püşkatması üçün səbətlərin tərkibi aşağıdakı kimidir: 

1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;

2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;

3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;

4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinin səhhəti pisləşdi - Xəstəxanya yerləşdirdilər