Modern.az

İslamiadada daha 4 medal

İslamiadada daha 4 medal

İdman

20 Noyabr 2025, 21:12

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha 4 medal qazanıblar.

 

Modern.az xəbər verir ki, qadın güləşçilərdən Ruzanna Məmmədova (62 kiloqram) gümüş, Nigar Mirzəzadə (68 kiloqram) isə bürünc mükafata sahib çıxıblar. Sərbəst güləşçi İslam Bazarqanov (57 kiloqram) finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

Qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadada üçüncü yeri tutub.

 

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə