Modern.az

İki cüdoçumuz medal qazandı

İki cüdoçumuz medal qazandı

İdman

20 Noyabr 2025, 23:59

Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə yeniyetmələr arasında Asiya Kuboku start götürüb.

 

Modern.az xəbər verir ki, beynəlxalq turnirdə 2 cüdoçumuz fəxri kürsüdə yer alıb. 60 kiloqram çəki dərəcəsində çıxış edən Məhəmmədəli Hüsiyev gümüş, 50 kiloqram çəkidə mübarizə aparan Devid Mahmudov isə bürünc medal qazanıb.

 

Ölkəmiz turnirdə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Emin İskəndərovun rəhbərliyi altında 3 cüdoçu ilə təmsil olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada