Modern.az

"Zirə" "Qəbələ"ni məğlub etdi

"Zirə" "Qəbələ"ni məğlub etdi

İdman

22 Noyabr 2025, 19:45

Misli Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Qəbələ" ilə üz-üzə gəlib.

 

Qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

 

Görüşdə yeganə qolu 45+3-cü dəqiqədə Ruan Renato (p) vurub.

 

Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "qartallar" ikinci pillədəki "Turan Tovuz"a çatıb. Bölgə təmsilçisi 5 xalla 11-ci sıradadır.

 

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçə edib - 1:1.

 

Qeyd edək ki, tura noyabrın 23-də yekun vurulacaq. Ötən gün "Kəpəz" səfərdə "Karvan-Yevlax"ı (2:1), "Qarabağ"ı isə "Sumqayıt"ı (4:2) məğlub edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?