Modern.az

Şahmat millimiz final matçına çıxacaq

Şahmat millimiz final matçına çıxacaq

İdman

23 Noyabr 2025, 09:39

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.

 

Modern.az-ın məlumatına görə, milli Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.

 

Yekunda qalib bəlli olmasa, komandalar taybrekdə münasibətlərə aydınlıq gətirəcəklər.

 

Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?