Modern.az

"Liverpul"dan anti-rekord: son 60 ilin ən pis nəticəsi

"Liverpul"dan anti-rekord: son 60 ilin ən pis nəticəsi

İdman

23 Noyabr 2025, 09:50

İngiltərə Premyer Liqasının 12-ci turunda "Nottingem Forest"ə 3:0 hesabı ilə məğlub olan "Liverpul" yarışda son 60 ilin ən pis nəticəsinə görə anti-rekorda imza atıb.

 

Modern.az bu barədə "Opta Sport" statistika portalına istinadən xəbər verir.

 

"Liverpul" 1965-ci ildən bəri ilk dəfə İngiltərə Premyer Liqasında ardıcıl iki məğlubiyyət (buraxılan üç və ya daha çox qolla – red.) aldılar. Həmin vaxt kluba Bill Şenkli rəhbərlik edirdi.

 

"Liverpul" hazırda 18 xalla İngiltərə çempionatının 11-ci pilləsində qərarlaşıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?