Modern.az

"Formula 1" pilotları cəzalandırıldılar

"Formula 1" pilotları cəzalandırıldılar

İdman

23 Noyabr 2025, 14:38

"Formula 1" pilotları Lando Norris və Oskar Piastri cəzalandırılıb.

 

Modern.az Beynəlxalq Avtomobil Federasiyasına (FİA) istinadən xəbər verir ki, buna səbəb Las-Veqas Qran-prisində sürücülərin idarə etdikləri "Maklaren" bolidlərinin sürüşmə lövhəsinin həddən artıq aşınması olub.

 

Yarış bitdikdən sonra FİA nümayəndələri tərəfindən aparılan yoxlamalar nəticəsində bolidlərdə texniki nasazlıqlar ortaya çıxıb. Nəticədə hər iki pilotun Las-Veqasda qazandığı xallar silinib.

 

Diskvalifikasiyadan sonra pilotların şəxsi reytinq cədvəlinə Lando Norris 390 xalla başçılıq edir. Oskar Piastri ikinci, Maks Ferstapen isə üçüncü yerdədir. Hər iki sürücü 366 xala malikdir.

 

Qeyd edək ki, Las-Veqas Qran-prisinin qalibi "Red Bull"dan Maks Ferstappen olub. L.Norris yarışı ikinci, Corc Rassel ("Mersedes") üçüncü yerdə tamamlayıb. O.Piastri isə finişə dördüncü çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?