Modern.az

Yanğında xəsarət alanlardan 2-si evə buraxıldı

Yanğında xəsarət alanlardan 2-si evə buraxıldı

İdman

23 Noyabr 2025, 22:51

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən daha 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilir.

Qeyd edilib ki, daha 5 nəfərin isə müalicəsi davam etdirilir. Onlardan 1 nəfərin (qadın) vəziyyəti ağır olaraq qiymətləndirilir. Pasiyent süni tənəffüs cihazı ilə təmin edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?