Modern.az

“Napoli” - “Qarabağ” oyununu bu telekanal yayımlayacaq

“Napoli” - “Qarabağ” oyununu bu telekanal yayımlayacaq

İdman

25 Noyabr 2025, 11:40

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turunun oyunları keçirləcək.

Bugünkü 9 qarşılaşmadan 2-si azərbaycanlı futbol azarkeşləri üçün daha mühüm əhəmiyyət kəsb edir. Söhbət "Napoli" -  "Qarabağ" və "Qalatasaray"– "Union" matçlarından gedir.

Bəs həmin oyunlar Azərbaycanın hansı telekanallarında göstəriləcək?

Modern.az xəbər verir ki, bəhs etdiyimiz qarşılaşmalara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımda baxmaq mümkün olacaq.

Belə ki, saat 00:00-da başlayacaq "Napoli" (İtaliya) -  "Qarabağ" (Azərbaycan) oyununu "İctimai TV" canlı yayımlayacaq.

Saat 23:45-də başlayacaq "Qalatasaray" (Türkiyə) – "Union" (Belçika) oyunu isə "CBC Sport"da canlı göstəriləcək.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Putinin üzünə qayıtdı: Gəlmirik!