Modern.az

"Napoli" və "Qarabağ"ın U-19 komandalarının oyunu dayandırıldı

"Napoli" və "Qarabağ"ın U-19 komandalarının oyunu dayandırıldı

İdman

25 Noyabr 2025, 19:28

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

 

Modern.az-ın məlumatına görə, Ağdam klubundan bildirilib ki, qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

 

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

 

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Azərbaycana ZƏRBƏ - Xəzərdəki boru kəməri VURULDU