Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Çempionatının final mərhələsinin püşkatması üçün səbətlərin yekun tərkibini açıqlayıb.
Modern.az xəbər verir ki, püşkatma 5 dekabrda keçiriləcək.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika və Almaniya;
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya və Avstraliya;
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Afrika;
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kyurasao, Haiti, Yeni Zelandiya və pley-offa vəsiqə qazanacaq 6 komanda.
A yolu: İtaliya/Şimali İrlandiya - Uels/Bosniya və Herseqovina.
B yolu: Ukrayna/İsveç - Polşa/Albaniya.
C yolu: Türkiyə/Rumıniya - Slovakiya/Kosovo.
D yolu: Danimarka/Makedoniya - Çexiya/İrlandiya.
Qitələrarası pley-off
A yolu: Yeni Kaledoniya - Yamayka/DR Konqo.
B yolu: Boliviya/Surinam/İraq.
Xatırladaq ki, pley-offun yarımfinalları 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı ildə keçiriləcək.
Futbol üzrə Dünya Çempionatının final mərhələsi 2026-cı ilin iyun-iyul aylarında ABŞ, Kanada və Meksikada keçiriləcək .