Ötən gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.
Modern.az-ın məlumatına görə, bütün oyunlar yekunlaşandan sonra Çempionlar Liqasında komandaların hansı pillələrdə qərarlaşdığına aydınlıq gəlib.
Azərbaycan çempionu “Qarabağ”ın səfərdə "Napoli"yə uduzması onun turnir cədvəlində aşağı pillələrə düşməsinə səbəb olub.
Komandamız 5 turdan sonra hazırda 7 xalla 19-cu yerdə qərarlaşıb.
Xatırladaq ki, Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.
"Qarabağ" Çempionlar Liqasında növbəti matçını Niderland "Ayaks"ına qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
