Modern.az

"Napoli" - "Qarabağ" matçında zədələnmiş Medinanın DURUMU

"Napoli" - "Qarabağ" matçında zədələnmiş Medinanın DURUMU

İdman

27 Noyabr 2025, 10:02

UEFA Çempionlar Liqasının V turunun "Napoli" – "Qarabağ" oyununda (2:0) zədələnmiş müdafəiçi Kevin Medinanın durumuna aydınlıq gətirilib.

Modern.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti Neapol stadionunda təhlükəli anlar yaşayan futbolçu haqda açıqlama yayaıb.

Bildirilib ki, aparılan müayinələr nəticəsində K.Medinanın vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda bu gün istirahət edəcək. Medinanın növbəti gündən "Qarabağ"la məşqlərə qoşulması gözlənilir.

Xatırladaq ki, "Napoli" – "Qarabağ" qarşılaşmasının 51-ci dəqiqəsində yaxın məsafədən vurulan güclü zərbə kolumbiyalı müdafiəçinin üzünə dəyib. Zərbədən huşunu itirən Medinaya dərhal ilkin tibbi yardım göstərilib, onu tezliklə ayağa qaldırmaq mümkün olub. Qurban Qurbanov futbolçunu matçın 60-cı dəqiqəsində əvəzləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır