Modern.az

Hakimləri təhqir edən futbolçular, məşqçilər CƏZALANDIRILDI

Hakimləri təhqir edən futbolçular, məşqçilər CƏZALANDIRILDI

İdman

27 Noyabr 2025, 13:04

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

Modern.az-ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən "Real"ın rəsmisi Nahid Səmədov və "Şirvanovka"nın futbolçusu Loğman Camirzəyev 4, "Naxçıvan"ın oyunçusu Əbdül Əbdülov isə 5 oyunluq diskvalifikasiya olunub.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və "Hacıqabul"un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevçilər HƏRƏKƏTƏ KEÇDİ- Bakıda şok planın qarşısı alındı