Rusiya Futbol İttifaqı (RFU) 2026-cı ilin yayında dünya çempionatına alternativ turnir təşkil etmək istəyir.
Rusiya ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazana bilməyən komandaları Moskvaya dəvət etmək istəyir.
Potensial iştirakçılar arasında Serbiya, Yunanıstan, Çili, Peru, Venesuela, Nigeriya, Kamerun, Çin və Rusiya var. RFU-nun məqsədi FIFA-ya bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etmək və 2030-cu il dünya çempionatının seçmə mərhələsində iştirak etmək üçün təzyiq göstərməkdir.
Modern.az-a açıqlamasında Tanınmış telejurnalist, futbol şərhçisi Rövşən Binnətli formatın müsbət nəticələr verməyəcəyini bildirib:
"Futbol tarixinə nəzər salsaq, müxtəlif dövlərlə belə addımlar atılıb. Hətta Çempionlar Liqasına paralel olaraq daha nəhəng klubları bir araya cəmləyən turnir keçirmək ideyası ortaya atıldı, "Real Madrid"in tərəfindən də dəstəkləndi.
Çox böyük miqdarda maliyyə vəsaitinin ayrılması deyildi. Yəni alınmadı. Düşünürəm ki, bütün bunlar boş cəhdlərdir. Çünki futbol infrastrukturunun idarəedilməsi üçün çox böyük infrastruktura sahib olunmalıdır. Burada söhbət yalnız maliyyə məsələsindən getmir. Amma hakimliyindən tutmuş bütün təşkilatçılıq işlərinə qədər FİFA-ya üzv olanda hər bir federasiya öhdəlik götürür ki, FİFA və UEFA-nın qəbul etdiyi qaydalara və şərtlərə uyğun fəaliyyət göstərəcək. Dövlətin futbol təsərrüfat işlərinə birbaşa müdaxiləsini qadağan edən maddə var.
O maddəyə mütləq şəkildə riayət olunmadığı halda həmin federasiya FİFA və UEFA üzvlüyündən kənarlaşdırılır. Digər qitə təşkilarından da. Bəzən düşünürlər ki, maliyyə varsa, hər şey etmək olar. Burada reklam məsələləri var. Nəhəng reklam agentlikləri var ki, hamısı FİFA ilə əlaqədədilər. Bu məsələlərdə onlar kənarda qalacaqlar. Düşünmürəm ki, onların düşündükləri hər hansı müsbət nəticə olacaq. Çünki futbol özülü dünyada elə qurulub ki, ona hər hansı xırda cəhətlər istənilən nəticəni indiyə kimi verməyib, bundan sonra da hər hansı nəticənin hasil olunacağını dünümürəm, heç bunu istəmirəm də. Futbol təsərrüfatı elədir ki, belə də davam etməldir. Rusiyanın özünü yarışlara buraxmırlar, kənarda qalıb. Ona görə də müxtəlif ölkələri cəlb etməklə nəyəsə cəhd edirlər. Bunlar uğursuzluqla nəticələnəcək".
R.Binnət onu da qeyd edib ki Azərbaycan Rusiyadan gələcək təklifi qəbul etməməlidir.
“Milli komandamız nə dünya, nə də Avropa çempionatlarının seçmə yarışlarında iştirak edəcək. Qazancımız nə olacaq? Azərbaycan UEFA və FİFA-ya üzv olana üzərinə öhdəliklər götürüb. Ən başlıca şərt FİFA-nın futbol idarəçiliyində müəyyənləşdirdiyi qaydalar çərçivəsində fəaliyyəti üzərinə götürür. Ondan imtina edəcəyi halda qurumdan kənarlaşdırılacaq. Bu da sərfəli deyil”.