Modern.az

İran dünya çempionatında iştirakdan imtina etdi

İran dünya çempionatında iştirakdan imtina etdi

İdman

28 Noyabr 2025, 14:28

İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi dövlət televeziyasına açıqlamasında bildirib.

Buna səbəb ABŞ-nin İrandan olan idmançılara tətbiq etdiyi viza məhdudiyyətləridir. O, məhdudiyyətləri qeyri-idman xarakterli hesab etdikləri üçün belə addım atdıqlarını söyləyib.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq.

Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.

Sizə yeni x var
Keçid et
ŞOK OLAYLAR! Ukraynada ara qarışdı - Zelenskinin adamı "vuruldu"