Modern.az

Cüdoçumuz Əbu-Dabidə medal qazandı

Cüdoçumuz Əbu-Dabidə medal qazandı

İdman

30 Noyabr 2025, 19:42

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.

 

Modern.az xəbər verir ki, milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.

 

Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.

 

Yığmamızın digər üzvləri - Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.

 

Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...