Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək.
Modern.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.
I Liqada mübarizə aparan “Şahdağ Qusar” “Turan Tovuz”u qəbul edəcək.
Bakıda isə “Zirə” “Neftçi” ilə üz-üzə gələcək.
Digər görüşlər 3 və 4 dekabrda keçirləcək.
Qeyd edək ki, 1/8 final mərhələsi bir oyundan ibarətdir.
Azərbaycan kuboku
1/8 final
2 dekabr
15:00. "Şahdağ Qusar" - "Turan Tovuz"
19:00. "Zirə" - "Neftçi"
3 dekabr
14:00. "Şamaxı" - "Baku Sportinq"
14:00. "İmişli" - "Sabah"
19:00. "Qarabağ" - "Karvan-Yevlax"
4 dekabr
15:00. "Qəbələ" - "Şəfa"
19:00. "Araz-Naxçıvan" - "Kəpəz"
19:00. "Difai" - "Sumqayıt"