Modern.az

Türkiyədə məşhur futbolçu saxlanılıb

Türkiyədə məşhur futbolçu saxlanılıb

2 Dekabr 2025, 14:13

Türkiyə milli komandasının, “Fənərbaxça” və “Beşiktaş”ın sabiq oyunçusu Gökhan Gönül saxlanılıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 12 nəfərlə birlikdə saxlanılan Gönül fond bazarında süni qiymət dalğalanmaları yaratmaqda şübhəli bilinir.

Araşdırma nəticəsində bu şəxslərin qiymətləri manipulyasiya edərək, qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.

Bu ilin mayın sonuna qədər Türkiyənin U-21 millisinin baş məşqçisi işləmiş G.Gönül hazırda "Fənərbaxça" klubununda baş məşqçi Domeniko Tedeskonun köməkçisidir. 

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır