Modern.az

“Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı

“Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı

İdman

2 Dekabr 2025, 21:53

“Zirə” komandası Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

 

Modern.az xəbər verir ki, kollektiv 1/8 finalda “Neftçi” ilə qarşılaşıb və əlavə vaxtda rəqibini məğlub edərək (1:0) növbəti raunda vəsiqə qazanıb.

 

Yeganə qolu 116-cı dəqiqədə Martins Junior vurub. “Zirə” növbəti mərhələdə “Difai” – “Sumqayıt” cütünün qalibinə rəqib olub.

 

Açılış oyununda “Turan Tovuz” I Liqa təmsilçisi “Şahdağ Qusar”ın qonağı olub. “SOCAR Polymer Arena”dakı görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Adını 1/4 finala yazdıran “Turan Tovuz” bu raundda “Araz-Naxçıvan” – “Kəpəz” duelinin güclüsü ilə qarşılaşacaq.

 

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunları dekabrın 3-4-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Rusiyaya ağır zərbə: Nə baş verir?