Modern.az

Balakişi Qasımov yenidən federasiya prezidenti oldu

Balakişi Qasımov yenidən federasiya prezidenti oldu

İdman

5 Dekabr 2025, 12:40

Balakişi Qasımov yenidən Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilib.

Modern.az AQF-yə istinadən xəbər verir ki, bu gün federasiyanın ümumi yığıncağı keçirilib.

Tədbirdə AQF rəhbərliyinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Balakişi Qasımov növbəti 4 il müddətinə federasiyanın prezidenti, Fikrət Zeynalov vitse-prezidenti, Vasif Məmmədov baş katibi seçiliblər.

İcraiyyə Komitəsinə Fikrət Zeynalov, Vasif Məmmədov, Sadıq Sadıqov və Adilə Əhmədova üzv seçiliblər.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama