Modern.az

Bakıda "Ayaks"ı 1000-dən çox azarkeş dəstəkləyəcək

Bakıda "Ayaks"ı 1000-dən çox azarkeş dəstəkləyəcək

İdman

5 Dekabr 2025, 14:16

Niderlandın "Ayaks" komandasını Bakıda "Qarabağ"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.

Bu barədə Modern.az-a "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Amsterdam təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi