Modern.az

"Real" öz meydanında uduzdu - VİDEO

"Real" öz meydanında uduzdu - VİDEO

İdman

8 Dekabr 2025, 10:12

İspaniya La Liqasının 15-ci turu "Real Madrid" üçün uğursuz alınıb.

Modern.az xəbər verir ki, kral klubu öz meydanında "Selta"nı qəbul edib.

Paytaxt təmsilçisi qarşılaşmanı 9 nəfərlə tamamlayıb və qapısından iki qol buraxıb – 0:2.

Bu məğlubiyyətdən sonra Xabi Alonsonun komandası ilə turnir cədvəlinin lideri "Barselona" arasındakı xal fərqi 4-ə yüksəlib. Hazırda madridlilərin aktivində 36 xal var. "Selta" isə 19 xalla yarış cədvəlinin ilk onluğunu tamamlayır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama