Modern.az

“Neftçi”nin yeni baş məşqçisinin ADI AÇIQLANDI

“Neftçi”nin yeni baş məşqçisinin ADI AÇIQLANDI

İdman

9 Dekabr 2025, 15:34

"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ukraynalı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində "Metallurq" (Zaporojye), "Zarya", "Krivbas", Belarusda "Şaxtyor Soliqorsk", Moldovada "Şerif" klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə "Zarya" və "Krivbas"la Ukrayna çempionatının bürünc mükafatçısı, "Şerif"lə 2 dəfə Moldova çempionu olub.

"Şerif"i UEFA Çempionlar Liqasının, "Zarya"nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, "Krivbas"ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri - Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyada DƏHŞƏTLİ təyyarə qəzası - Sağ çıxan olmadı