Modern.az

"Qarabağ" doğma meydanda "Ayaks"la qarşılaşacaq

"Qarabağ" doğma meydanda "Ayaks"la qarşılaşacaq

İdman

10 Dekabr 2025, 08:56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.

Modern.az xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 21-də doğma meydanda "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvaya hücum - Hava limanları bağlandı