"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın “Ayaks” klubunun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
"Azərsun Arena"da reallaşan görüş rəqibin 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komanda daha əvvəl keçirdiyi beş oyunun hamısında uduzub.