Modern.az

“Qarabağ” Bakıda məğlub oldu - GÖRÜNTÜLƏR

“Qarabağ” Bakıda məğlub oldu - GÖRÜNTÜLƏR

İdman

10 Dekabr 2025, 23:34

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei "Qarabağ"ın qapısına yol tapıblar.

Bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci, "Ayaks" isə 3 xalla 33-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.

***

"Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.

Modern.az xəbər verir ki, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

***

23:30

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 83-cü dəqiqəsində rəqibin heyətində Anton Qay “Ayaks”ı önə keçirib - 3:2.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.

Modern.az xəbər verir ki, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***

22:52

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

22:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

21:54

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.

***

21:54

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -