Modern.az

Dünya çempionları Vəhdət Partiyasında! - FOTO

Dünya çempionları Vəhdət Partiyasında! - FOTO

İdman

11 Dekabr 2025, 09:34

Beynəlxalq idman yarışlarında Azərbaycanı uğurla təmsil edərək çempion titulunu qazanmış gənclər bu gün partiyanın qonağı olublar.

Vəhdət Partiyasının təmsilçiləri Türkiyənin Bursa şəhərində 5-ci alpaqut üzrə dünya çempionatında və Qazaxıstanda İFK Kyokuşin karate üzrə keçirilmiş “Astana Cup” turnirində yüksək nəticələr əldə edən idmançıları təbrik ediblər.

Partiyanın daim gənclərin inkişafını dəstəklədiyi və bu uğurların bütün Azərbaycan üçün böyük fəxr mənbəyi olduğu qeyd edilib.

Görüşdə iştirak edən məşqçilər İlqar Abdullazadə, Abdulla İsmayılov və Novruz İsazadə çıxıb edərək Vəhdət Partiyasına dəvət üçün təşəkkür edərək, komandaların növbəti yarışlara daha iddialı hazırlaşdığını deyiblər.

Görüşdə iştirak edən gənc çempionlar özləri haqqında məlumat veriblər, qələbələrini şəhidlərimizin ruhuna həsr etdiklərini bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hafiz Hacıyevdən DƏHŞƏTLİ FAKTLAR - Kərimli Elçibəyi necə zəhərləyib? -