Modern.az

Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşdü

Tahir Gözəl "Qarabağ"ın üzvləri ilə görüşdü

İdman

14 Dekabr 2025, 18:47

"Qarabağ"ın prezidenti Tahir Gözəl komanda üzvləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

O, Misli Premyer Liqasının XV turunun "Azərsun Arena"da keçirilən "Qarabağ" – "Araz-Naxçıvan" oyunundan öncə baş məşqçi Qurban Qurbanovla və komanda üzvləri ilə görüşüb.

 

Klub rəhbəri komandaya dəstəyini ifadə edib və qarşılaşmada uğurlar arzulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama