Modern.az

Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanıldı

Sərnişindaşıma adı altında narkokuryerlik edən şəxslər saxlanıldı

İdman

15 Dekabr 2025, 12:36

Qaradağda sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik edən şəxslər saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi sonuncu əməliyyat zamanı 49 yaşlı Salman Məmmədov və 42 yaşlı Tural Rəhmanov saxlanılıblar.

Onların üzərindən və T.Rəhmanova məxsus mikroavtobusdan 8 kq 380 qr marixuana, 2 kq 560 qr tiryək və 200 ədəd psixotrop tərkibli güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Araşdırma zamanı onların şəhərlərarası sərnişindaşıma fəaliyyəti adı altında narkokuryerlik etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama