Modern.az

Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olundu

Bakı 2026-cı il "Dünya İdman Paytaxtı" elan olundu

İdman

16 Dekabr 2025, 17:46

"Dünya İdman Paytaxtı" titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib, bununla da Azərbaycan paytaxtı 2026-cı il üzrə Dünya İdman Paytaxtı elan olunub.

Modern.az-ın məlumatına görə, Bakının "Dünya İdman Paytaxtı" ("World Capital of Sports") elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi keçirilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirə ACES (Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının) nümayəndə heyəti də qatılıb. Qurumun prezidenti Can Françesko Lupatelli, baş katib Huqo Alonso, Monako Knyazlığının sabiq Təhsil, Gənclər və İdman naziri İzabelle Klaudio Aline Bonnal da qatılıblar.

Qeyd edək ki, 2025-ci ildə "Dünyanın İdman Paytaxtı" Monako şəhəri olub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır